HAVA PROQNOZU:

SOSİAL

Oxundu: 448
Yeni

Yeni "İşıq pulu" - Şikayətlər var

“Elektrik enerjisi sərfiyyatının yanlış hesablanması ilə bağlı müraciətlər və sosial şəbəkələrdə paylaşmaların sayı azalıb. Abonentlərimiz Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş iclasında qəbul edilmiş qərarda elektrik enerjisinin yeni tariflərinin 2017-ci ilin yanvarın 1-dən tətbiq olunacağını düşünürdülər. Müraciətlərin sayının çox olması bununla bağlı idi. Biz elektrik enerjisi üzrə yeni tariflərinin dekabrın 1-dən qüvvəyə minəcəyi ilə bağlı mütəmadi olaraq abonentləri məlumatlandırdıq.

 İslaminSesi bildirir ki, buna görə də belə müraciətlərin sayı azaldı və azalmaqda davam edəcək. Çünki, “Azərişıq” 199 nömrəli Çağrı Mərkəzi vasitəsi ilə 24 saat ərzində abonentlərə xidmət göstərir”.

 

"Qafqazinfo" xəbər verir ki, bunu “Sosium” proqramının qonağı, “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, elektrik enerjisi sərfiyyatına görə ödənişin artıq yazılmasından söhbət gedə bilməz. “Azərişıq” rəsmisi qeyd edib ki, sərfiyyatın düzgün hesablanması üçün dekabrın 20-dək 2 milyon 500 min abonentin sayğac göstəricisinin oxunması prosesi başa çatdırılıb.

 

Enerji sərfiyyatının düzgün hesablanmaması ilə bağlı iddiaların əsassız olduğunu deyən T.Mustafayev bəzi hallarda kiçik nöqsanların olduğunu bildirib: “Bizim saytda tariflərin diferensiallaşdırılmasının riyazi hesablanması ilə bağlı məlumatlar yerləşdirilib. Elə abonentlərimiz var idi ki, aylıq istehlak etdiyi elektrik enerjisinin 5, 10 və ya 15 günü dekabr ayına düşürdü. Sayğacların oxunması vaxtında aparıldığından elektrik enerjisinə görə artıq ödəniş yazılmadı və bununla bağlı şikayət daxil olmadı. Amma burada insan amilini nəzərə almaq lazımdır. Sərfiyyatın düzgün hesablanmaması ilə bağlı hallar olur. Məsələn, Yasamal rayonunda bir əməkdaşımız sayğacın göstəricisində yanlışlığa yol vermişdi.

 

Abonent sayğac göstəricisi ilə bildirişdəki göstəricini müqayisə etmişdi və məlum olmuşdu ki, cəmi 3 kilovat-saat fərq var. Yorğunluq və ya görmə ilə bağlı problemlərə görə belə hallar ola bilər. Bu problem 30 dəqiqə ərzində aradan qaldırıldı. Abonentlər belə hallar olduğu təqdirdə 199 Çağrı Mərkəzinə müraciət edərsə, yanlışlıq qısa zamanda aradan qaldırılacaq. Əgər hər hansı bir əməkdaşın hər hansı bir yanlışlığı varsa, ona birbaşa ciddi xəbərdarlıq olunur və ya işindən azad olunur. Bununla bağlı müvafiq göstərişlər verilib”.

 

 

T.Mustafayev bildirib ki, əhali üzrə elektrik enerjisinin ardıcıl 30 təqvim günü ərzindəki aylıq istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. “Azərişıq” rəsmisi əlavə edib ki, tariflərin artması ilə əlaqədar olaraq abonentlər daha qənaətcil olub. Onun sözlərinə görə, abonentlərin 72%-i ay ərzində 300 kilovat-saatadək enerji istehlak edir.

 

Bəzi abonentlərə gələn bildirişlərdə borcun çox olmasını isə T.Mustafayev belə izah edir: “Dekabr ayı soyuq olduğu üçün bəzi yerlərdə mənzillərin qızdırılmasında elektrik enerjisindən də istifadə olunur. Bu zaman sərfiyyat artır və buna görə də borcun məbləği çox olur. Amma yeni tariflər qüvvəyə minəndən bəri əksər abonentlər daha qənaətcil olub. Onlar elektrik enerjisindən daha səmərəli istifadə edir, qənaətli lampalardan istifadə edirlər Abonentlər elektrik enerjisindən qənaətlə istifadə etsələr, sərfiyyat 300 kilovat-saatdan da az olar”.

T.Mustafayev bəyan edib ki, sayğac göstəriciləri ilə bağlı hər hansı şübhəsi olan abonentlər “Azərişıq” ASC-yə müraciət edə bilər.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system