HAVA PROQNOZU:

ARAŞDIRMA

Oxundu: 345
Yapon alimləri dünyanın “itmiş element”ni tapıblar

Yapon alimləri dünyanın “itmiş element”ni tapıblar

Yapon alimləri dünyanın nüvəsini təşkil edən "itmiş element"in silikon olduğunu irəli sürüblər.

İslaminSesi İndigodergisi.com-a istinadən bildirir ki, alimlər uzun müddət idi ki, dünyanın nüvəsinin əhəmiyyətli bir hissəsini təşkil edən elementin nə olduğunu araşdırırdılar. Bildiyimiz kimi dünyanın daxili qismini təşkil edən nüvənin 85% nin dəmirdən və 10% isə nikeldəndir.

 

İllərdir alimlər o məlum olmayan 5% -dən ötrü baş sındırırdılar. Lakin  3 min kilometr dərinlikdə yerləşən nüvəni araşdıra bilmədiklərinə görə gələn seysmik dalğalarla kifayətlənən alimlər bu 5%-i müəyyən edə bilmirdilər.

 

ABŞ-ın San Fransisko şəhərində keçirilən Amerika Geofizikilərinin konfransında artıq bu elementin aşkarlandığı açıqlanıb. Bu araşdırma komandasına üzvlərindən biri olan Eliji Ohtani bu elementin silikon olduğunu bildirib. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system