HAVA PROQNOZU:

ARAŞDIRMA

Oxundu: 495
Suya düşmüş avtomobildən necə xilas olmalıyıq?

Suya düşmüş avtomobildən necə xilas olmalıyıq?

Belə bir fövqaladə halla üzləşmiş insanlar üçün artıq saniyələrin söhbəti gedir.

İslaminSesi Adme.ru-a istinadən sizə bu lazımlı məlumatları təqdim edir. 

 

Birinci addım: Avtomobil suya düşən kimi təhlükəsizlik kəmərini, daha sonra isə  pəncərəni açmalısınız. 

 

İkinci addım: Avtomobil suyun dibinə getməyə macal tapmamış pəncərə vasitəsi ilə oranı tərk edin. 

 

Xilasedicilər bildirirlər ki, avtomobil batmamış bu iki addımı atmaq üçün sərnişinin saniyələrə ehtiyacı var. 

 

Əgər avtomobilin şüşəsini endirə bilmirsinizsə, onu qırın. Lakin heç bir halda bunun üçün başınızdan istifadə etməyin. Bunun üçün üçbucaq formasında cəkiclər olur. Lazımı nöqtəni seçin və vurun. 

 

Əgər sizinlə uşaqlar varsa ilk onları çıxarın -  Bu əməliyyatı sıra ilə etmək lazımdır. Əvvəl təhlükəizlik kəmərini açırsınız, sonra şüşəni həll edib, ilk olaraq böyük uşağı çıxarırsınız. Daha sonra balaca uşağı çıxardıb, ardınca özünüz avtomobildən aralanırsınız. Xilasedicilər bildirirlər ki, bu yolla hər kəs xilas ola bilər. 

 

Əgər siz şüşəni endirib(və ya sındırıb) avtomobildən çıxa bilmirsinizsə onda gözləyin avtomobilib zalı su ilə dolsun. Ondan sonra qapını açın. 

 

Bu çox mübahisəli bir üsuldur. Çünki gözləmək lazımdır. Bu zaman dərindən nəfəs alın və suyun dibinə çəkilin. Daha bir əhəmiyyətli məsləhət: Əvvəlcədən qapının dəstəyindən yapışın, ola bilsin ki, onu açmağa gücünüz çatmasın. Ayaqlarınızla açmalı olarsınız. 

 

Suyun altında hara üzəcəyinizi təyin etmək üçün mütləq qabarcıqları izləyin. Suyun dərinliyi lal olur, insan asanlıqla istiqamətini itirir. Bunu üçün mütləq qabarcıqlar izlənilməlidir. Bu halla suyun səthinə çıxa bilərsiniz. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system