HAVA PROQNOZU:

ARAŞDIRMA

Oxundu: 801
Səhər tezdən oyanmaq üçün 6 vaz keçilməz səbəb

Səhər tezdən oyanmaq üçün 6 vaz keçilməz səbəb

Yazıya başlamazdan öncə ilk öncə səhər tezdən qalxmaq istəməyənlərin bəhanələrinə nəzər salaq.

İslaminSesi Hakanmengüc.com-a istinadən sizə səhər erkəndən qalxmaq istəməyənlərin bəhanələrini və səhər erkəndən qalxmağın insana faydalarını təqdim edir. 

 

Səhər erkəndən qalxmaq istəməyənlər tezdən durmağı gözlərində çox böyüdürlər. Onlar bunu az qala özləri üçün qlobal problemə çevirirlər. Hətta bunu üçün stress keçirənlər də tapılır. Erkəndən oyanmamaq üçün müxtəlif bəhanələr gətirərlər. Məsələn, gecələr yata bilmədiklərini deyərlər. Lakin səhər erkəndən qalxmağın faydalarını nəzərdən keçirdikdə insan özü üçün nə cür bir neməti əldən buraxdığına təəssüflənir.

 

1. Hər kəsdən 3 addım öndə günə başlamış olursunuz. Sizin zamanınız daha bol olar, başqalarından daha çox iş görmüş olarsınız. Bu da sizin məhsuldarlığınızı artırar. 

adim_bebek_cocuk

 

2. Uğurlu insanların sirri səhər erkəndən oyana bilmələri ilə olub. Tvitterin banisi Cek Dorsey üçün gün 5:30-da başlayır. Milyard dollarlıq sərmayəsi olan Virgin qrupun əsasını qoyan Riçard Branson da günə 5:45 -də başladığını bildirib. 

 

basarili_insanlar

 

3. Sabahlar beynimiz daha yaxşı işləyir. Özümüzə, üstümüzə yığılıb qalmış işlərimizə və hədəflərimizə vaxt ayıra bilmədiyimizə görə hey şikayətlənərik. Səhər erkəndən qalxdıqda isə bütün bu işlərə vaxt tapa bilirik. Eyni zamanda müxtəlif araşdırmalar üçün beynimiz səhərlər daha yaxşı işləyir. 

 

sabah_gunesi

 

4. Günün qalan vaxtlarını nə edəcəyinizi planlaşdıra bilərsiniz. Səhər erkəndən qalxan zaman sizin üçün vaxt genişləyir və başqa işlər üçün də plan qura bilərsiniz. Kiçik bir dəyişiklik həyatınızı dəyişə bilər. 

 

bebek_uyku

 

5. Depressiya riskinin olmaması. Erkən qalxan insanlar yuxudan gec duran insanlarla müqayisədə çox nadir hallarda depressiyaya düşürlər. Bunun da səbəbi daha enerjili və daha sakit əsəblərə malik olmalarıdır. 

kedi_uyku

 

6. Daha xoşbəxt bir həyat. Erkən qalxmaq insanda xoşbəxtlik hormonlarını aktivləşdirir. 

 

Səhərlər erkən oyanmaq üçün bu üsullardan istifadə etmək olar. 

 

Tamamilə qaranlıq bir otaqda yatın. Qaranlıqda beynimiz daha çox dincəlir. 

 

Əgər yuxunuz gəlmirsə yatmağa çalışmayın. Bu daha da yuxunuzun qaçmasına səbəb ola bilər. Beyninizi nə iləsə məşğul edin, yuxunuz gələndə yatağa girin. 

 

Sabah erkəndən zəngli saat çalanda özünüzü boksyor kimi hiss edin, sanki yerdən qalxmaq üçün 10 saniyəniz var. Həmin an yerinizdən qalxıb, üzünüzü yusanız yuxunuz qaçacaq. 

 

Saat 20:00-dən sonra qəhvə içməyin. Əsasən çobanyastığı çayı için. Beləliklə həm yuxunuza, həm də sağlamlığınıza yaxşılıq etmiş olacaqsınız. 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system