HAVA PROQNOZU:

ARAŞDIRMA

Oxundu: 172
Sağlam və uzun ömür üçün 9 məsləhət

Sağlam və uzun ömür üçün 9 məsləhət

Xalq arasında belə bir deyim var: "Yaş 35 oldusa, deməli yolun yarısını getmisən." Lakin elm və texnologiya inkişaf etdikcə bu deyim də tarixə qovuşmağa başlayır.

İslaminSesi Haber7-ə istinadən sizə sağlam və uzun ömür sürmək üşün 9 məsləhəti təqdim edir. 

 

Hamımız qocalmaqdan qorxuruq. Həyat tərzimiz, qidalanma vərdişlərimiz, yuxu rejimimiz, və idman etməyimiz(və ya etməməyimiz) gələcəkdə həyatımıza təsir edən əhəmiyyətli faktorlardandı. Ona görə də sizə təqdim edəcəyimiz bu məsləhətlər işinizə yaraya bilər. 

 

1. Zehninizi məşq etdirin. Bu diqqətinizi artıracaq. Bunu hər kəs öz bildiyi üsulla edə  bilər. 

 

 

 

2. Hərəkət  etmək. 30 yaşdan sonra passiv həyat sürən insanların əzələ kütləsində 3-5% arası azalma başlayır.  Bu azalmaya mane olmaq üçün nə etməliyik? Təbii ki, hərəkət. Qaçın, yeriyin, nə olursa olun hərəkətsiz qalmayın. 

 

3. Sümüklərinizi qoruyun. Sümüklərinizi qoruyan qidalarla menyünüzü zəngnləşdirin. 

 

4. Stressi sıfıra endirin. Sağlamlığımızın ən böyük düşməni stressdir. Buna görə özümüzə vaxt ayırmalıyıq. 

 

5. Check-up etdirməyi unutmayın. Xəstəliklərin vaxtında müəyyən edilməsi onların müalicəsində əsas şərtlərdən biridir. Ona görə vaxtlı-vaxtında həkim müayinəsindən keçin. 

 

6. Probiotik məhsullardan istifadə edin. Əgər sağlamlıq probleminiz yoxdursa qatığı və kefiri menyünüzdən əskik etməyin.

 

7. Bunlardan -yüksək şəkərli və mayeli şirniyyatlardan uzaq durun. 

 

8.  Yuxunuzu alın. Hansı yaşda olursunuzsa olun ehtiyacınız olan yuxunu yatın. Yuxusuzluq insanın həyatına neqatif təsir edir. 

 

9. Neqatif düşünməkdən əl çəkin. Hadisələri yalnız xeyir tərəfdən görməyə çalışın. 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system