HAVA PROQNOZU:

ARAŞDIRMA

Oxundu: 517
Sağlam ürək üçün 10 misilsiz məsləhət

Sağlam ürək üçün 10 misilsiz məsləhət

Sağlam bir ürək üçün ilk növbədə nə yediyimizə diqqət etməliyik.

İslaminSesi İndico.com-a istinadən sizə ürək sağlamlığı üçün 10 misilsiz  məsləhəti təqdim edir. 

1. 2017- ci ildə mütləq siqareti buraxın. Ağciyərləri çox mənfi şəkildə təsirə məruz qoyan siqaret ürək üçün həddindən artıq problem yarada bilir. İlk növbədə ürək əməliyyatı keçirmiş şəxslər siqaretdən uzaq durmalıdırlar.

 

Yeyi yılda sigarayı bırakın

 

2. Hərəkətli həyat sürün! Hərəkətsiz həyat yalnız ürəyi deyil, insanın bütün vücuduna təsir edə bilir. Əgər passiv həyat sürürsünüzsə lift əvəzinə pillələri çıxa bilərsiniz. Ya da iş yerinizə bir dayanacaq qalmış düşüb piyada gedə bilərsiniz. Bu sizin həyatınızı hərəkətləndirər. Həftədə ən azı 3 dəfə 1 saat və ya 45 dəqiqə olmaqla piyada gəzin. Soyuq havalarda isə evdəki idman alətlərindənsə, qapalı alış-veriş məkanlarına üstünlük verilsə yaxşı olar. 

 

3.Ürəyinizin necə işlədiyini yoxlayın! Əgər uzun zamandır ürəyinizi yoxlatdırmırsınızsa bu il bunu mütləq edin. 

 

4.Ürəyinizin yaşını öyrənin və gənc qalmasının qayğısına qalın! İnsanların iki cür yaşı var: Damar və təqvim yaşı. Yeni doğulan uşaqların hər iki yaşı sıfır olar. Lakin bu təqvimlər bərabər artmaz. Əgər yanlış qidalanma və həyat tərzi sürülərsə damar yaşı insanda sürətlə artır. Siqaret damar yaşını 15, imtahan stressi 5, piylənmə isə 30 yaş artıra bilir. 7-8 yaşlarında aşırı kök uşağın damar yaşı ən azı 28-dir. 

 

5. Bel ölçünüzü və bədən kilonuzun indeksini  nəzarətdə saxlayın! Bədən yağlarının xüsusilə qarın çevrəsində toplanması ürək-damar xəstəlikləri riskini artırır. Qarın çevrəsi kişilərdə 94 sm, qadınlarda isə 80 sm olmalıdır. Əgər bu ölçü kişilərdə 104 sm, qadınlarda 88 sm olarsa təcili arıqlamaq lazımdır. Bədən kütlə indeksi isə 30-dan aşağı olmalıdır. Bunun üçün sürətli arıqlamaq olmaz. Sağlam arıqlamaq və sağlam dieta çox əhəmiyyətlidir.

 

6. Qidalanma rejiminizi həm rəngləndirin , həm də çeşidli edin! Qidalanma yalnız göyərti və ya protein istiqamətli olmamalıdır. Gün ərzində müxtəlif qidalar alınmalıdır. Ən azından gündə 1 yumurta yeyilməlidir. Günlük qida qəbulunda 2500 kalori aşılmamalıdır. 

 

7. Ürəyiniz üçün riskli olan idman növlərindən yayının! İdman ürəyə xeyirdir prinsipi hər zaman işə yaramır. Xüsusilə illərlə idman etməmiş birinin 40 yaşdan sonra idmana başlaması fəlakət ola bilər. Ona görə də idmana da ehtiyatla yanaşılmalıdır. İdman edərkən nəbz 120-dən çox olmamalıdır. 

 

8. Həyat  ritminizi yavaşladın! Kədərli hadisələrdən mümkün qədər uzaqlaşın. Sakit, daha rahat bir həyat sürün. Əgər həyatınızdakı problemlərlə öhdəsindən gələ bilmirsinizsə, onda həyatınızla barışın. Sürətli yaşamaqdan vaz keçin. 

 

9. İşinizə bağlanın! İşləyən insanlar günün ən əhəmiyyətli saatlarını iş yerlərində keçirirlər. Əgər sevdiyiniz işi edirsinizsə bu sizə həddindən artıq müsbət təsir göstərəcək. İşə yalnız pul qazanmaq gözü ilə baxılmamalıdır. Ofisdə xoşbəxtlik və aram olmalıdır. Nəzarətsiz rəqabət və mübahisə olmmalıdır. Ofisdə həddindən artıq qəhvə içilməməlidir. Gənclərə həddindən artıq məsuliyyətin yüklənməsi ürək xəstəlikləri riskini artırır. 

 

10. Sevgi dolu olun! Sevmək ürəyə xeyir verən endorfin hormonu verir. Phenylethylamine də (sevgi hormonu) insana sevinc gətirir. Sevgi dolu həyat insana ürək sağlamlığı gətirir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system