HAVA PROQNOZU:

İQTİSADİYYAT

Oxundu: 106
Qubad İbadoğlu hökumətin iri ranqlı iqtisadçılarını debata çağırdı

Qubad İbadoğlu hökumətin iri ranqlı iqtisadçılarını debata çağırdı

Qubad İbadoğlu: “Ölkə iqtisadiyyatını bu duruma salanlara dərs veririk”

 

Ölkə prezidentinin yerli iqtisadçıları nəzərdə tutaraq səsləndirdiyi  “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir” fikirlərinə ölkənin tanınmış iqtisadçısı Qubad İbadoğlundan reaksiya gəlib.

 

İslaminSesi xəbər verir ki, Qubad İbadoğlu öz Facebook səhifəsində mövzuya uyğun status paylaşıb: "Özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözü var: “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir”. Yəni, bütün bunlara fikir vermək lazım deyil."

 

Qubad İbadoğlu bildirib ki, prezidentin səsləndirdiyi fikirlər müzakirələrə səbəb olduğundan, məsələyə biganə qala bilməyib: “Əvvala qeyd edim ki, biz iqtisadiyyatçı deyil, iqtisadçıyıq, Həqiqətən də ölkə iqtisadiyyatını bu duruma salanlara dərs veririk. Nəinki 1-2, hətta 3-5 il bundan əvvəl verdiyimiz proqnozların bu gün özünü tam doğrultması da buna əyani sübutdur. Biz iqtisadçılar hakimiyyət komandasında olanlar kimi gələcəyə falçı kimi deyil, dərin və hərtərəfli tədqiqatlara əsaslanan proqram və konsepsiyalarla əsaslanaraq baxırıq.

 

İkincisi, hesab edirəm ki, bu açıqlama yerli iqtisadçıların artan nüfuzundan irəli gəlir. Hakimiyyətin iqtisadi komandasının son illərdəki uğursuzluğu fonunda bu daha aydın görünür. Ölkənin cağdaş iqtisadi durumu buna əyani misaldır. Əhalinin böyük əksəriyyəti bu hakimiyyətin yalnış, savadsız iqtisadi siyasətinin nətciələrini gündəlik həyatında, güzəranında hiss edir, bu zəngin ölkədə istehlak ehtiyaclarını hətta minimal səviyyədə belə ödəyə bilmirlər. Çünki, ölkədə işsizlik, yoxsulluq, cinayətkarlıq, intiharlar ildən-ilə artır. Azərbaycandan ağıllı və işgüzar inasanlar, kapital və beyin məhsulları qaçır. Bu vəziyyətdə əhali doğrunu danışanlara, mövcud vəziyyəti dürüst qiymətləndirənlərə daha çox inanır. Belə olanda da təbii ki hakimiyyətə və onun iqtisadi komandasına inam və etibar azalır. Görünür, belə narahatçılığı yaşayanlar özlərini sığortalamaq üçün prezident səviyyəsində bu cür ucuz açıqlamaya ehtiyac görüblər. Hesab edirəm ki, səhv ediblər. Ölkənin bütün insanlarına dəyər verilməli, onları qısqanmamalı, bütün vətəndaşlar, xüsusilə də zehni işlə məşğul olanlar Azərbaycanın gələcəyi üçün potensial və perspektiv imkan kimi qiymətləndirilməlidir. Yalnız bu yanaşma ölkəni yaranmış ağır sosial-iqtsiadi və siyasi böhrandan çıxara bilər. 
Üçüncüsü, bu günlərdə apardığım analizlər göstərdi ki, hələ ötən ilin əvvəlində Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının prezident aparatına təqdim etdiyi Azərbaycanın rifahı naminə 1 il üçün "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər paketi" nə daxil olan 12 təklif hazırda bu hakimiyyət tərəfindən tətbiq olunur. Həmin təkliflərin yer aldığı fərman və sərəncamlara prezident özü imza atıb. 

 

Nəhayət, onu da əlavə edim ki, yerli iqtisadçıların təklifləri yalnız Azərbaycanda deyil, digər postsovet ölkələrinin hökümətləri tərəfindən də tətbiq olunur. Eyni zamanda beynəlxalq təşkilatlarda Azərbaycanın müstəqil iqtisadçılarının peşəkar mövqeyi əsas götürülür, onlar nəzərə alınmaqla qlobal səviyyəli siyasət qərarları qəbul olunur. Ona görə də, əksinə yerli iqtisadçıları rişxənd obyektinə çevirilməməli, onların qazandıqları nailiyyətlər Azərbaycan brendi kimi təqdim olunmalıdır”. 

 

Qubad İbadoğlu fikirlərini tamamlayaraq hakimiyyət komandasında təmsil olunan yüksək ranqlı iqtisadçılarla Azərbaycan iqtisadiyyatının hazırkı problemlərinə həsr olunmuş istənilən mövzuda ictimai debata hazır olduğunu bəyan edib

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system