NAMAZ VAXTLARI:
  • FƏCR 06:10
  • GÜN 07:31
  • ZÖHR 12:55
  • ŞAM 18:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 173
İlahi ədaləti təfsilatı ilə tərənnüm etdirən İmam münacatı

İlahi ədaləti təfsilatı ilə tərənnüm etdirən İmam münacatı

İlahi ədalət dedikdə Allahın qəza-qədəri, əzabı, neməti, ömür və möhlət verməsi, savab və günah məsələlərini əhatə edən həqiqətlər yada düşür. İmamlar münacatlarında ilahi ədaləti gözəl ibarələrlə ifadə ediblər.

İslaminSesi.info – İmamlardan nəql olunan münacatlar dini elmlərin müxtəlif sahələrini ehtiva edən dərin məzmunlu maarifə malikdir. Bu münacatları Quranın, hədisin, əql və icmanın kənarında digər bir dini qaynaq hesab etmək olar. Xüsusilə də İmam Səccad əleyhissəlamın münacatları.

 

İmamın münacatları əsasən “Səccadiyyə Səhifəsi” əsərində gəlibdir.

 

Səhifə Səccadiyyə əsərində (dua-45) ilahi ədalət təfsilatı ilə belə izah edilir:

 

“İlahi! Ey cəza verməyə rəğbəti olmayan Allah (və ya Ey verdiyi nemətin əvəzini almağa təvəqqesi olmayan Allah), Ey əta edəndən sonra peşmançılıq keçirməyən Allah, Ey bəndələrinin hamısını eyni şəkildə mükafatlandırmayan Allah, Nemət verməyin başlanğıcdır (davamlıdır), Sənin əfvin kərəmdir, Cəzalandırmağın ədalətdir. Sənin qəza-qədərin və hökmün (insan üçün) ən xeyirlisidir. Əta etməyində minnət qatqısı yoxdur. Neməti verməməyin haqqa girmək demək deyil. Şükr edənə sən də təşəkkür edirsən, halbu ki şükr etməyi sən özün ona aşılamısan və ilham etmisən” 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system