HAVA PROQNOZU:

ARAŞDIRMA

Oxundu: 789
Həyatınızı hər an xilas edə biləcək ən vacib məlumatlar

Həyatınızı hər an xilas edə biləcək ən vacib məlumatlar

Hər birimiz çıxılmaz vəziyyətə düşə bilər və ondan ən təhlükəsiz halda qurtulamağı diləyə bilərik. Lakin ən əhəmiyyətlisi həmin anda lazım olan məlumata malik olmaqdır.

İslaminSesi Adme. ru-a istinadən həmin vacib məlumatları sizə təqdim edir. 

 

1. Piyada gedərkən qətiyyən mobil telefondan istifadə etməyin!

 

 

Təhlükəsizlik üzrə ekspertlər bildirirlər ki, piyada gedən zaman mobil telefondan istifadə beyinə həddindən artıq ziyan verir. Bu ziyanı düzəltmək isə bəzən mümkün olmur. Ziyandan əlavə isə mobil telefondan istifadə sizi tamamilə diqqətsiz və "kor" vəziyyətə salır ki, sizin qətiyyən ətrafdan xəbəriniz olmur. Bu isə sizi qəfildən hansısa avtomobilin qurbanına çevirə bilər. 

 

2. Öz avtomobilinizi "kor" olmaqdan xilas edin! 

 

Avtomobilinizdə güzgüləri elə istiqamətləndirin ki, yalnız özünü görməsin. Adicə içəridə olan güzgüdən siz arxanızca gələn avtomobili asanlıqla görə biləcəyiniz halda bundan özünüzü məhrum etməyin. Bu bir çox qəzaların qarşısını alar və sizin təhlükəsizliyiniz təmin edər. 

 

3. Soyuq havalarda düzgün paltar seçimi edin!

 

Yadda saxlayın ki, nəm dəri temperaturu daha tez itirir. Ona görə də soyuq havalarda elə paltarlar geyinmək lazımdır ki, temperaturu dağıtmasın, əksinə insanın bədəninə toplayaraq onu isti saxlasın. Ona görə də qışda yun paltarlara üstünlük verilməlidir. 

 

3. Təyyarədən çıxış zamanı xilasedici jileti işə salmayın!

 

 

Təyyarə qəzaya uğrayan zaman suya düşərsə və su ilə dolu salonu tərk etmək lazımdırsa xilasedici kəməri işə salmaq olmaz. Əgər işə salsanız onda jilet hava ilə dolaraq sizi təyyarənin salonuna sıxışdıracaq və bu zaman siz təyyarəni tərk edə bilməyəcəksiniz. Ən yaxşısı budur siz təyyarəni nəfəsinizi tutaraq tərk edin və bundan sonra kəməri işə salın ki, sizi suyun səthinə çıxarsın. 

 

4. İnsanın boğazında qalmış tikəni Qeymlix üsulu ilə çıxarın!

 

Təhlükəsizlik üzrə ekspertlər bildirirlər ki, insanın başına bu hadisə gələrkən bu üsulla ona yardım edə bilərsiniz.Sadəcə olaraq qaydanı bilmək kifayət edir. 

Əllərinizi həmin şəxsin döş qəfəsinin altında daraqlayın və təkan verin. Bu təkanlar sayəsində həmin adamı xilas edə bilərsiniz. 

 

5. Yadda saxlayın insan orqanizması 3 vacib qayda ilə sağ qala bilər! 

 

Bir çox tədqiqatlar sübut edib ki, insanlar 3 dəqiqə havasız, 3 saat ekstremal hava şəraitində evsiz, 3 gün sussuz və 3 həftə yeməksiz qalsa məhv olur. 

 

6. Qaz plitəsinin üstündə alovlanan yanğına su tökmək olmaz! 

 

Xilasedicilər bildirirlər ki, qaz plitəsinin üstündə alovlanan yanğına su tökmək qətiyyən olmaz. Mütləq həmin anda onun üstünə qapağ örtülməlidir ki, alışan yağ sönsün. 

 

7. Açıq yaradan bıçağı ya da zərbə endirilən zaman istifadə olunan hər hansı bir aləti çıxarmaq olmaz!

 

 

Mütəxəssislər bildirirlər ki, bu yolverilməz bir hərəkətdir. Ən yaxşısı budur ki, qanaxmanı dayandırmaq üçün yara tənziflə bağlansın və tibb işçiləri o aləti (və ya silahı) yaradan özləri çıxarsınlar. 

 

8. Təyyarənin qalxdığı ilk 3 dəqidəqədə və endiyi son 8 dəqiqədə həddindən artıq diqqətli olun. 

 

Mütəxəssislər bildirirlər ki, avia qəzaların 80% həmin bu dəqiqələrdə baş verir. Bu zaman həddindən artıq diqqətli olun. 

 

9. Yanğın zaman ən çox döşəməyə və ya torpağa yaxın olmağa cəhd edin!

 

Mütəxəssislər bildirirlər ki, yanğın zamanı yanan insanlardan daha çox dəm qazından və tüstüdən zəhərlənən insanların sayı  çox olur. Yanğın olan zaman mümkün qədər döşəməyə və ya torpağa yaxın olun. Bu sizi qoruyar. 

 

10. Əgər halınız pisləşibsə ətrafda yalnız 1 adamdan kömək istəyin!

 

 

Bu vəziyyət psixologiyada diffuziya adlanır. Yəni bir nəfər özünü məsuliyyətli hesab etsin. Əgər hamı kömək etməyə çalışsa sizə kömək edən olmayacaq. 

 

11. Ğzünüzlə həmişə fanar gəzdirin!

 

Mütəxəssislər bildirirlər ki, bu sizi qəfil hücumlardan qoruyar. İnsanın üzünə salınmış gur işıq onu panikaya sövq edir. 

 

12. Yanğın zamanı panikaya qapılmayın! 

 

Fövqaladə hallarda qətiyyən özünüzü itirməyin. Mütəxəssislər bildirlər ki, ilk növbədə özünü ələ almaq və yanğın çıxışının harada olduğunu xatırlamaq lazımdır. 

 

14. Özünüzlə həmişə sənədlərinizi götürün! 

 

Əgər sizin üzərinizdə hər zaman lazımı sənədlər varsa, hər bir kəs fövqaladə halda sizə yardım edə bilər. Ona görə məsləhətdir ki, hər zaman üzərinizdə lazımi sənədlər olsun. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system