HAVA PROQNOZU:

ARAŞDIRMA

Oxundu: 167
Hər an qarşımıza çıxan həyatın 19 qanunu

Hər an qarşımıza çıxan həyatın 19 qanunu

Bəzən elə qanunauyğunluqlarla qarşılaşırıq ki, biz bir anlıq inanırıq ki, həyatı hansısa qanunlar idarə edir.

İslaminSesi Adme.ru-a istinadən sizə həyatın 19 qanununu təqdim edir. 

 

1. Bənzərlik qanunu - Bizim həyatımızda təsadüfü heç nə yoxdur. Biz qeyri-şüuru olaraq özümüzə bənzərləri özümüzə doğru çəkərik. 

 

2. Qeyri -mümkünlük qanunu - İnsan qeyri-mümkün nəyisə arzu edəndə işə düşür. Çalışmalıdır öz qüvvəsi daxilində olanı arzu etsin. 

 

3. Bob qanunu - Əgər Bobun hər kəslə problemi varsa, onda Bob hər kəs üçün problem olur. 

 

4. Özünü boğmaq qanunu - İnsanın malik olduğu fikirləri daim inkar etməsi nə vaxtsa üzə çıxır. İnsanın öz hislərini və fikirlərini boğması onun üçün heç də yaxşı nəticələnmir. 

 

5. Şlaqbaum qanunu - Bəzən insan qəfil bir şans doğulur. O an insan cəld qərar verməli və daxilində yatan şlaqbaum maniəsini aşmalıdır. Gözləmək isə bu şansın əldən çıxmasına səbəb ola bilir.

 

6. Hesab qanunu- İnsan hər zaman hesab verməyə  məcburdur. Etdiklərimiz üçün də, etmədiklərimiz üçün əvvəl-axır hesab ödəməli oluruq. Yadınızda saxlayın uğursuzluqlardan qaçmaq sizi heç də xoşbəx etməyəcək. 

 

7. Qapılar qanunu - Bizim həyatımız seçimlər zəncirindən ibarətdir. Seçim hər zaman vardır. Bu yalnız onda alınmaz ki, biz heç bir seçim etməyək. Yalnız bunu unutmaq lazım deyil ki, ən yaxşı hərəkət doğru qərar verməkdir. Biz bir qapını seçərkən digər qapıdan vaz keçmiş oluruq. 

 

 

8. Cazibə  qanunu - Bizim istədiklərmizi həyat bizə verir. Lakin qeyri-şüuru olaraq gözlədikdə əlimizə heç nə keçmir.

 

9. Məhdudlaşdırmaq qanunu 1- Hər şeyi planlaya bilmərik. Bəzi hadisələr bizim iradəmizdən kənarda baş verir. Biz həmin hadisələrə görə məsuliyyət daşımırıq.

 

10. Məhdudlaşdırmaq qanunu 2 - İnsan hər şeyə nail ola bilməz. Nələrsə həmişə kifayət etməyəcək. Xoşbəxtliyin açarı nəyə maliksənsə onunla xoşbəxt olmaqdır. 

 

11. Qanunauyğunluq qanunu - Bir hadisə ilk dəfə baş verirsə onu təsadüf, ikinci dəfə baş verirsə üst-üstə düşmə, üçüncü dəfə baş verirsə qanunauyğunluq kimi dəyərləndirilməlidir. 

 

12. Fasilə qanunu- Həyatınızda azacıq fasilə götürüb  dincəlmək istəyirsinizsə onu elə bu an edin. Həyatdan gələcək hədiyyəni gözləməyin. Əgər harasa getməyəcəksinizsə bu elə də qalacaq.

 

13. Taksi qanunu-  Taksi sizə nə qədər uzun yola aparsa bu o qədər sizə baha başa gələcək. Eləcədə səhv yolla nə qədər uzun getsək geri dönmək o qədər çətin və baha başa gəlir. 

 

14. Düşüncə qanunu- Bizim xarici dünyamız bizim düşüncələrimizin məhsuludur. Özümüzün uğursuzluğumuzu başqalarında axtarmağa ehtiyac yoxdur. 

 

15. Yolun yarısı qanunu- Başqa insanla münasibətdə sizin zonanız -yolun yarısıdır. Əgər çox irəliləsəniz onun zonasına girmiş olacaqsınız. Bu sizə nə dərəcədə lazımdır?!...

 

16. Harmoniya qanunu - İnsan hər şeydə harmoniya axtarır. Özü ilə əla harmoniyada olan insan başqaları ilə də əla yola gedir. 

 

17. Güzgü qanunu- Əgər insan başqalarını qıcıqlandırırsa özünü də qıcıqlandırmış olur. İnsan başqalarını özünə güzgü etməyi bacarmalıdır. Səhvləri yalnız belə düzəltmək olar. 

 

18. Zəncirvari reaksiya  qanunu - Əgər özünüzün pis əhval ruhiyyənizə məğlub olsanız bir uğursuzluq digərlərini çəkəcək. Əgər bütün günü arzularla oturub- dursaq bu fantaziyalar heç vaxt reallaşmayacaq. Ona görə də dərhal işə başlamaq lazımdır ki, işlər reallaşsın. 

 

19. Həyatın mənası qanunu - Hər bir insanın müxtəlif həyat mərhələrində dəyişən həyat mənaları var. Lakin əsas həyat qayəsi dəyişmir. 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system