HAVA PROQNOZU:

ARAŞDIRMA

Oxundu: 855
Fiziklər Useyn Boltun rekordunda qeyri-adi nüans aşkarlayıblar

Fiziklər Useyn Boltun rekordunda qeyri-adi nüans aşkarlayıblar

Britaniyalı fiziklər məşhur atlet Useyn Boltun qaçış texnikasında qeyri-adi nüans aşkarlayıblıar.

İslaminSesi bildirir ki, bu barədə  Journal of Physics Special Topics juranalında çap olunmuş məqalədə bildirilir. Məqalədə fiziklər bildirirlər ki, onun hər dəfə Olimpiya oyunlarında rekord təzələməyinin sirri onun sürəti ilə müqayisədə işıq sürətinin azalmasıdır. 

 

Bu arədə elmi araşdırmalar hələ XIX əsrin ortalarında başlayıb. 1842-ci ildə avstriyalı fizik Xristian Doppler müəyyən etmişdi ki, bizə tərəf bizdən sürətli gələn obyektlər daha rəngli və daha sıxılmış vəziyətdə olarlar. Doppler effekti adlanan bu kəşfə görə bu obyektlər (məsələn ulduzlar buna misal ola bilər) bizə  mavi rəngdə, uzaqlaşdıqları qalaktika və ya mənbələrə isə qırmızı rəngdə görünərlər. 

 

Britaniyanın Lester universitetinin Benjamin Qriffits başçılığı ilə araşdırma komandası da Useyn Boltun dünyanın ən sürətli adamı olmasının və Doppler effektinin əlaqəsini araşdırıblar. Onlar müəyyənləşdiriblər ki, Useynin o məşhur sarı maykasının rəngi də onun sürəti ilə paralel olaraq dəyişir. Lakin bunu adi gözlə onun qaçışını müşahidə edən hakimlər və insanlar görə bilməzlər. Bunu adi gözlə yalnız o zaman görmək mümkün ola bilər ki, Useyn Bolt fantastik bir rəqəmə imza atmış olsun. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system