NAMAZ VAXTLARI:
  • FƏCR 06:10
  • GÜN 07:31
  • ZÖHR 12:55
  • ŞAM 18:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

ARAŞDIRMA

Oxundu: 400
Əsrin xəstəliyi - Düşünmək

Əsrin xəstəliyi - Düşünmək

"Düşünürəmsə varam" - demişdi XVI əsrdə Dekart. Lakin düşünmək var olduğumuzu göstərirmi?!...

İslaminSesi İndico.com-a istinadən sizə düşüncə ilə bağlı araşdırma yazını təqdim edir. 

 

Əgər düşünmək var olduğumuzun göstəricisi olsaydı, onda bizim robotlarlardan və artıq həyatımıza daxil olmağa başlamış süni intelektdən nə fərqimiz olardı. Lakin qeyd etmək lazımdır ki, onlar düşünmürlər, bir sıra alqoritmləri izləyirlər. Bizdə isə məsələ tamamilə başqa cürdür. Digr tərəfdən heyvanlar da məhdud şəkildə düşüncə tərzinə malikdirlər. Deməli yalnız düşünmək insan olmaq üçün kifayət etmir. 

 

İnsanda 3 dənə ana mərkəz var. 

 

1. Bədən mərkəzi

 

2. Zehin mərkəzi 

 

3. Duyğu mərkəzi

 

Bədən mərkəzi sahib olduğumuz bədən və fiziki xüsusiyyətlərimizdir. Ətrafda baş verən fiziki hadisələri onun vasitəsi ilə duyarıq. Bu heyvanlarda da var, lakin texnologiyada  yoxdur.

 

Zehin mərkəzi bizim düşüncələrimizdir. Bu heyvanlarda məhdud şəkildə , texnologiyada isə inkişaf etməkdədir. 

 

Duyğu mərkəzi isə hiss və duyğularımızdır. Bu texnologiyada yoxdur, hevanlarda isə məhdud və saf şəkildə var. 

 

Bu üç xüsusiyyət insanda mükəmməl şəkildə var və əla da təşkilatlanmış halda fəaliyyət göstərir. 

 

Düşünüyorum öyleyse sorun var - Yüzyılın hastalığı: Düşünmek

 

Bu 3 mərkəz bir-biri ilə bağlı şəkildə fəaliyyət göstərir. Məsələn, dişimiz ağrıyırsa(bədən mərkəzli) buna digər mərkəzlər də reaksiya verir. Eyni zamanda duyğu mərkəzli bir problemimiz olanda bədən mərkəzimiz də buna qarışa bilir. Məsələn, depressiyada olarkən halsız olmaq kimi hallarda bu baş verir. 

 

Lakin əsrimizin insanlarının indi daha böyük bir problemi var: Düşünmək. Əvvəllər yalnız filosoflar və ya elm adamları düşünər, xalqın yerdə qalanı xoşbəxt halda yaşayardı. Lakin modernizm düşüncəni də özü ilə gətirdi. İndi hər kəs düşünür. Bu artıq insan üçün vacib haldan çıxıb, asılılıq halına gəlib. Düşünmək insanı fərqli edir, lakin insanlar bu gün o qədər düşünməyə məcbur olublar ki, onlar özlərini belə dinləmirlər. Elə buna görə uzaq şərq fəlsəfəsi, oşokimilər bu qədər məşhurdular. Çünki yalnız onlarla beynimizi soyuda bilirik. Düşüncə bizi yaşamağa imkan vermir. Ya keçmişə aparıb qəmləndirir, ya gələcəyə aparıb ümidsizləşdirir. Ona görə intiharlar belə çoxalıb. 

 

Lakin məsələ düşünmək deyil ki... Düşünməyi fərq etməkdir. Biz əslində düşünmürük, düşüncənin özü oluruq. Bu isə çox təhlükəli bir şeydir. Biz düşüncənin özü olduqda özümüz olmaqdan çıxırıq. Sahib olduğumuz fikirlərə möhkəm-möhkəm bağlanırıq. Müdrik insan bir düşüncəyə qapılmaz, gələcəkdə daha yaxşı bir düşüncənin gələcəyini bilər və yeni düşüncə ilə yaşamağa davam edər. Düşüncənin özü olmaq bizi fanatikləşdirir. Daha yaxşı bir düşüncəni qəbul etməkdə çətinlik çəkirik. 

 

Bundan qurtulmaq üçün isə düşüncələrini izlə. Sadəcə tamaşaçı rolunda ol. Bədənini izlə, duyğularını izlə. Fərq etmək budur. Tamaşaçı qisminə olanda çox şeyi görə bilərik. Özünü kənardan izləmək insana çox şey qazandıra bilər. 

 

Əgər hər zaman düşünməyə çalışsaq zehnimizdə problem yaranar. Çünki zehin hər zaman şübhə duyar. Zehin hər zaman oyanıqdır. Çox düşünəndə isə zehnimiz korşalaşır. Axı, nə qədər düşünsək yenə məhdud bir sahəyə malikik və nələrinsə əskik olduğunu görürük. 

 

Həddindən artıq düşüncə və dünyanı özünə dərd edən insanlar gecələr yata da bilmirlər. Çox sıx şəkildə düşüncələrini istismar edən insan həm duyğularına, həm də bədəninə zərər verir. Zehnimizi dayanmadan və fasiləsiz istismarının adı düşünməkdir. 

 

İnsan düşüncə ilə fərqində olmağı qarışdırdıqca cahil toplum bundan əziyyət çəkəcək. Çünki hey düşünməklə nə isə əldə olunmaz. Düşüncələr gələr və gedər, lakim əmələ keçmədikcə insana dərd olar. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system