HAVA PROQNOZU:

ARAŞDIRMA

Oxundu: 459
Astronomlar sirli radio dalğalarının yerini müəyyənləşdirə biliblər

Astronomlar sirli radio dalğalarının yerini müəyyənləşdirə biliblər

Uzun illərdi Arabaçı bürcündən gələn radio dalğalar haqqında alimlər Nature jurnalında elmi məqalə yayımlayıblar.

İslaminSesi bildirir ki, bu barədə açıqlama verən Neymeqan (Niderland) universitetinin astronomu Xayno Falko bildirib ki, onların necə əmələ gəldiyi məlum olmasa da, hər halda onların yerinin müəyyənləşdirilməsi irəli atılmış bir addımdır. Araşdırmalar  davam edir. 

 

Qeyd edək ki, bu sirli radio dalğalar haqqında ilk məlumat 2007-ci ilə aiddir. Onlar təsadüfən Parks (Avstraliya) teleskopu tərəfindən aşkarlanmışdılar. Növbəti illərdə alimlər daha bir neçə radio dalğanı tuta bildilər. Onlar əldə etdikləri daha 10 radio dalğa ilə onlıarın süni yarandığını yoxsa Yer kürəsindən uzaq bir sivilzasiyadan gəldiyini müəyyənləşdirməyə çalışdılar. 

 

Ötən ilin yazında alimlərə bu radio dalğaların gəldiyi yeri müəyyənləşdirmək nəsib oldu. Məlum olub ki, bu radio dalğalar Samanyolundan 6 milyardlıq  işıq ili uzaqlıqda yerləşən elliptik qalaktikadan gəlir. Bu cür radio dalğaların yaranmasına səbəb isə həmin ulduzların və ya obyektlərin qara dəliyə çevrilməsidir. 

 

Lakin bu radio dalğaların təkrarlanması bu nəzəriyyəni şübhə altına saldı. Ona görə də alimlər 83 saat Puerto Riko  rəsədxanasında vaxt keçirdərək həmin radio dalğaların Arabaçı bürcündən gəldiyini müəyyənləşdirə biliblər. Lakin bu radio dalğaları yaradan səbəb nədir bu barədə hələ də mübahisələr davam edir. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system