HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 274
ABŞ MKİ-nin seçkilərinə qarışdığı 45 dövlət

ABŞ MKİ-nin seçkilərinə qarışdığı 45 dövlət

İslaminSesi-nin RAST-a istinadla verdiyi məlumata görə, Carnegie-Mellon Universitetinin politoloqu Dov Levin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin 1946-2000-ci illər arasında, dünyanın 45 ölkəsinin seçkilərinə azı 81 dəfə birbaşa müdaxilə etdiyini açıqlayıb.

 

Dov Levinin təqdim etdiyi sənədlər ABŞ hökümətinin yalnız hakimiyyətlərindən məmnun olmadığı ölkələrə qarşı seçki müdaxilələrini əhatə edir. 

 

 

Levinə görə, ABŞ müdaxilə əməliyyatları aşağıdakı başlıqlar kimi verilə bilər:

Dəstəklənən tərəflərin seçki kampaniyaların maliyyələşdirilməsi
Saxta məlumat və ya qara təbliğatın genişləndirilməsi
Dəstəklənən tərəfə aid yerli faktorların maarifləndirilməsi
Səs çoxaltma üsullarının dövrəyə salınması
Kampaniya materiallarının yaradılmasına yardımçı olmaq
Rəqib namizəd əleyhinə bəyanatlar vermək, bu yolla təhdid yaratmaq
Dəstəklənən namizəd lehinə bəyanatlar vermək, bu yolla səs potensialının artmasını təmin etmək
Xarici yardımların axınını təmin etmək və ya dayandırmaq

 

Levinin, həyata keçirdiyi fəaliyyət çərçivəsində ABŞ MKİ-nin keçirdiyi əməliyyatların yalnız 59 faizində qəti uğur əldə etdiyini və dəstəklədiyi tərəfi hakimiyyətə gətirməyi bacardığını qeyd edib.

Politoloq "Partizan seçki müdaxilələrinin" nəticələrə orta hesabla 3 faiz təsir göstərdiyini bildirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system